“Ölkəmizi tanıyaq”: Tovuz, Ağstafa və Qazax məktəbliləri şimal-qərb bölgəsinə yollanıblar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Ölkəmizi tanıyaq”: Tovuz, Ağstafa və Qazax məktəbliləri şimal-qərb bölgəsinə yollanıblar

Martın 26-da “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Tovuz, Ağstafa və Qazax rayonlarının hər birindən 40 nəfər IX-XI sinif şagirdi 5 bələdçi-müəllimin müşayiəti ilə şimal-qərb bölgəsinə yola düşüblər.

Yolasalma mərasimlərində rayon rəhbərliyi, rayonların təhsil şöbələrinin əməkdaşları və valideynlər iştirak ediblər.

Tur-aksiya iştirakçıları əvvəlcə rayonlarındakı Heydər Əliyev mərkəzlərini ziyarət edib, Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

Economic.az AZƏRTAC-a istinadən bidirir ki, məktəblilər dörd gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonlarda tarixi abidələrlə, digər görməli yerlərlə, eləcə də bölgələrin müasir inkişafı ilə yaxından tanış olacaqlar.

Tur-aksiya iştirakçısı, Mahir Ələkbərov adına Tovuz şəhər tam orta məktəbin şagirdi Nigar Həsənova deyib: “Ölkəmizin regionlarını gəzmək, tarixi yerləri ilə tanış olmaq çoxdankı arzum idi. Əminəm ki, bu tur-aksiya mənim və yaşıdlarımın dünyagörüşünün artmasına müsbət təsir göstərəcək. Belə layihələr gənclərin ölkəmiz haqqında təsəvvürünün, biliklərinin artmasında mühüm rol oynayır”.

Qovlar şəhər Sovet Kazımov adına tam orta məktəbin şagirdi Teymur Məmmədli və Yusif Sadiqov adına Bozalqanlı kənd tam orta məktəbin şagirdi Kamran Zeynalov da layihədə iştirak etdikləri üçün sevindiklərini bildiriblər: “Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxuyub, eşitmişik. Tur-aksiya zamanı bütün bunları əyani şəkildə görə biləcəyik”.

Maarifləndirici tur-aksiyanın Tovuz, Ağstafa və Qazax qruplarının rəhbərləri Surxay Əsgərov, Taleh Hüseynov və Kəmalə Cəfərova qeyd ediblər ki, dörd günlük səfər çərçivəsində məktəblilər Qəbələ, Şəki və Zaqatala istiqaməti üzrə səfər edəcəklər. Tur-aksiya iştirakçıları müasir turizm infrastrukturuna malik Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər. Məktəblilər “Şəki-İpək” kombinatında, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki xanlarının sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi ilə də tanış olacaqlar. Zaqatalada şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər.

Yolasalma mərasimləri başa çatdıqdan sonra məktəblilər şimal-qərb bölgəsinə yola düşüblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top