MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Pərviz_Heydərov

Pərviz Heydərov: “Ölkədə minik avtomobillərinin satışının, həmçinin idxalının məhdudlaşdırılması siyasəti ən böyük səhv idi”.

“Ölkədə minik avtomobillərinin satışının, həmçinin idxalının məhdudlaşdırılması siyasəti ən böyük səhv idi”.

Bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov Economic-ə bildirib.

İqtisadçı qeyd edib ki,  bank sektorunun iflası, fəaliyyətinin dalana dirənməsinin ilkin təzahürləri də məhz bundan etibarən özünü göstərməyə başladı.

Xatırladım ki, ölkəmizdə istehlak kreditlərinin verilməsi prosedurasının ağırlaşdırılması ilk dəfə olaraq, məhz avtomobil satışına tədbiq edildi. Düzdür, təkcə avtomobil deyil, məişət əşyalarına, hətta torpağa, mənzilə görə təklif olunan kredit məbləğləri üzrə də şərtləri sərtləşdirmək tələbi irəli sürülmüşdü.

Lakin, 2014-cü ildən tədbiq olunmağa başlanılan sözügedən tədbirin əsas hədəfi bilavasitə minik avtomobillərinin satışını azaltmaq məqsədi daşıyırdı ki, bu haqda hətta Nazirlər Kabinetinetinin ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normasna keçmək barədə qərarı da var idi. Hansı ki, “Avro” standartı heç bir ölkədə avtomobil idxalını məhdudlaşdırmaq məqsədi daşımasa da, bizdə müvafiq yanacaq istehsal oluna bilmədiyindən, məqsəd məhz bundan ibarət idi.

Nəticəsi nə oldu ?!… Ölkədə minik avtomobillərinin satışı və onların gətirilməsi tempi enməyə başladı. Avtomotik olaraq da, kommersiya banklarının fəaliyyətləri zəifləməyə, onların onsuz da sağlam olmayan maliyyə vəziyyətləri pisləşməyə doğru istiqamət götürdü.Dövriyyədə nəğd pul kütləsinin artım sürəti zəiflədi və sonra azalmağa doğru meyil götürdü. İqtisadi aktivlik zəifləməyə başladı. Bir çox iri holdinq və şirkətlərin işləri çərçivəyə alındı. Və bütövlükdə, ölkədə ticarət dövriyyəsi enməyə doğru istiqamət aldı.

Ekspertin açıqlaması odur ki, bu, çox mənfi və düşünülməmiş bir addım idi. Mən, demişəm və bir daha təkrar edirəm ki, ölkəmizdə kommersiya banklarının problemləri məhz bu addımdan sonra üzrə çıxmağa başladı ki, səbəbi heç də neftin dünya bazar qiymətlərinin enməsində axtarmaq lazım deyil. Sadəcə olaraq, tərslikdən vaxt etibarı ilə hər ikisi üst-üstə düşdü. Yəni ki, neft də məhz 2014-cü ilin iyun ayından ucuzlaşmağa başladı, buna müvafiq olaraq, sonradan manatın devalvasiya prosesi bankları lap, “beli üstə” vəziyyətdə qoydu…

Maraqlıdır: hökumət bundan nəticə çıxarmaq əvəzinə məlum olduğu kimi bu il yanvarın 1-dən iri həcmli mühərikli minik avtomobillərinə idxalına yönəlik tədbiq edilən mövcud rüsumları bir az da artırmaq haqda yenə qərarlar qəbul etmişdir .

Bu, tamamilı yanlış və səhv siyasətdir, Cənablar !… Belə ki, ölkədə bankları dirçəltmək üçün, iqtisadi aktivliyin bərpasına əlavə təsir göstərmək üçün və ticarət dövriyyəsini artırmaq, dövriyyədə nəğd pul kütləsinin həcmini genişləndirmək üçün minik avtomobillərinin idxalına qoyulan bir sıra məhdudlaşdırıcı tədbirlər yumşaldılmalı, istehlak kreditlərinin verilməsi, xüsusən minik avtomobillərinə yönəliik ödənilməsi prosedurası 2014-cü ildən əvvəlki dövürə qaytarılmalıdır.

economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top