MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

FB_IMG_1626269295735

Ölkə alimlərinin həmmüəllifliyi ilə “Azərbaycan iqtisadiyyatı” kitabı Bolqarıstanda işıq üzü görüb.

ECONOMİC: Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Marketinq kafedrasının müdiri, i.ü.f.d., dosent Elmira Qocayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, i.e.d., Fərhad Rəhmanov və və Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru, i.ü.f.d., dosent Elçin Süleymanovun müəllifliyi ilə “Azərbaycan iqtisadiyyatı” kitabı Bolqarıstan Respublikasının Veliko Turnovo Universiteti (University of Veliko Turnovo) Elmi şurasının qərarı ilə çapdan çıxıb. “Azərbaycan iqtisadiyyatı” kitabının nəşrində başlıca məqsəd xarici oxucu auditoriyasına ölkəmizin sosial-iqtisadi perspektivlərini və qazandığı uğurları çatdırmaqdır. “Azərbaycan iqtisadiyyatı” kitabında “Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2″ layihələri, eləcə də Azərbaycanın iqtisadi inkişafına dair dövlət proqramlarının icrası,beynəlxalq reytinqlərdə təmsil olunması və sair məsələlər əksini tapıb. Kitabda “Regional inkişaf”,”Sənaye, aqrosənaye kompleksi”, “Yanacaq-enerji kompleksi”,”Sənaye infrastrukturu, maliyyə siyasəti və maliyyə sistemi”, “Sosial sahə və sosial siyasət”, “Turizm və idmanın inkişafı”, “Elm və innovasiya”,Yerli idarəetmə sistemi”, “Xarici iqtisadi rabitə və iqtisadi təhlükəsizlik”, “Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti və ətraf mühitin qorunması vəziyyəti” adlı fəsillər analitik təhlil baxımından diqqətçəkəndir.

”Azərbaycan iqtisadiyyatı” kitabı uyğun ali məktəb tələbələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və elmi tədqiqatçılar üçün nəzərdə tutulub.Adıkeçən kitabın elektron resurs bazasında yerləşdirilməsi qərara alınıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top