
Oktyabrda dayanıqlı inkişafla bağlı Bakı Forumu keçiriləcək
“Bu ilin oktyabrında dayanıqlı inkişaf məqsədlərinə həsr olunmuş Bakı Forumu keçiriləcək. Məqsədimiz dayanıqlı inkişafla bağlı Azərbaycan modelini dünyaya çatdırmaqdır”.
“Economic” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov söyləyib. O deyib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların inkişaf proqramlarına qoşulub. Bu gün dünya ölkələrinin diqqət mərkəzində olan dayanıqlı inkişaf məqsədləri təşəbbüsü artıq iki ildir ki, Azərbaycanda uğurlar icra olunur.
Azərbaycan Prezidentinin 2016-cı il 6 oktyabr tarixli sərəncamı ilə respublikamızda dayanıqlı inkişafla əlaqədar Milli Əlaqələndirmə Şurası yaradılıb. Bir çox ölkələrin təcrübəsinə baxsaq görərik ki, Azərbaycan yeganə ölkələrdəndir ki, inkişaf məsələlərini ölkənin vacib istiqamətlərindən biri hesab edir.
“Dayanıqlı inkişaf məsələlərinə ölkəmiz çox böyük önəm verir. Hazırda müxtəlif istiqamətlərdə dövlət proqramları, strateji sənədlərin bu inkişaf məqsədlərinə uyğunlaşdırılması istiqamətində intensiv iş aparılır”, – deyə Hüseynov vurğulayıb.
BƏNZƏR MƏQALƏLƏR
Su problemlərinin innovativ həllinə istiqamətlənən layihəyə start verildi
ECONOMİC: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan […]
Dövlət Gömrük Komitəsi “Ticarət Statistika Portalı”nı təqdim edib
“Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin […]
“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner qatarı yola düşüb
ECONOMİC: “TURKUAZ” layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Türkiyədən yola düşüb. “ADY Konteyner” MMC-dən […]