Ödəniş tapşırıqlarında göstərilməli olan məlumatlar - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ödəniş tapşırıqlarında göstərilməli olan məlumatlar

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatları ilə bağlı bir yenilik edilib. Yeniliklərin əsas məqamlarını İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə açıqlayır.

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə, bu Məcəllənin 16.11 maddəsinə əsasən, vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilməlidir:

• elektron qaimə-fakturanın seriya və nömrəsi;

• tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi;

• xarici ticarət fəaliyyəti üzrə –yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi;

• borc ödənişləri üzrə – təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;

• avans ödənişləri üzrə – təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top