MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

nyuton

Nyutonun əlyazmaları satışa çıxarılacaq

Dünya şöhrətli alim İsaak Nyutonun (1642-1727) nadir əlyazmaları iyulun 8-də 600-900 min funt-sterlinqə (849 min – 1,1 milyon dollar) hərraca çıxarılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Christie’s” həracının ofisindən bildirilib.

Kolleksiyaçılara alimin “Təbii Fəlsəfənin Riyazi Prinsipləri” adlı əsərinin özünəməxsus iş versiyası təqdim ediləcəkdir. Latın dilində yazılmış elmi sənəd fizikin özü tərəfindən imzalanıb.

Hərracın Kitablar və əlyazmalar şöbəsinin müdiri Tomas Venninq bildirib ki, Nyutonun imzası ilə yazılmış elmi əlyazmalara çox nadir hallarda rast gəlinir və “Təbii Fəlsəfənin Riyazi Əsasları” imzalı versiyası iyirmi ildən çoxdur ki, açıq hərraca çıxarılmır: “Bu əsəri təqdim etmək xüsusi bir imtiyazdır. Əlyazmaya maraq, eyni zamanda, Şotlandiya riyaziyyatçısı və astronomu Devid Qregorinin (1659-1708) şərhləri ilə tamamlandığına görədir. Qregori 1694-cü ildə Kembricə səfəri zaman Nyutonla birlikdə çalışıblar. Əlyazma 1860-cı illərə qədər Qregorinin arxivində saxlanılıb”.

Qeyd edək ki, “Təbii Fəlsəfənin Riyazi Prinsipləri” cazibə və hərəkətin ümumdünya cazibə qanunlarını izah edir. Bu əsərdə Nyuton ümumdünya cazibə qanununun isbatını bacardı. Nəticədə, alimin 1687-ci ildə çap olunmuş əsəri bütün dünyada nəzəri fizika, mexanika və astronomiyanın əsasını təşkil etdi.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top