Nuşirəvan Məhərrəmli: "Azərbaycan əhalisi yerli kanallardan çox, Türkiyə və Rusiya telekanallarına üstünlük verir" - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nuşirəvan Məhərrəmli: “Azərbaycan əhalisi yerli kanallardan çox, Türkiyə və Rusiya telekanallarına üstünlük verir”

“Azərbaycan telekanallarında reklam olduqca aşağı səviyyədədir”.

Bunu Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildriib ki, buna səbəb əhalinin qonşu ölkələr – Türkiyə və Rusiya kanallarına üstünlük verməsindədir: “Bunun günahı o ölkələrdə deyil. Sadəcə, insanlarımız həmin ölkələrin dillərini sərbəst bildikləri və o telekanallardakı proqramlar onlara maraqlı gəldiyi üçün baxırlar. Bu baxımdan o ölkələrin telekanallarının reklamları da çox rahat bizim ölkə bazarına yer tapır, rahat reklam olunurlar. Amma bunun da çarəsi var və elə də ciddi problem deyil. Məsələn, kabel televiziyaları həmin ölkələrin kanallarını yayımlayarkən reklamlar zamanı hansısa vasitə ilə o hissəni dayandıra bilərlər. Ümumiyyətlə, yeni qanun layihəsi imkan verəcək ki, biz bunun da həllini tapaq. Təbii ki, ilk növbədə sərt tədbirlərə üstünlük verməyəcəyik”.

Apa.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top