MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Norveç neft-qaz sahəsindən asılılığın yüngülləşdirilməsi yollarını axtarır

Norveç iqtisadiyyatının neft-qaz sahəsindən asılılığının yüngülləşdirilməsi yollarını axtarır.

Qərbi Avropada ən iri neft və qaz istehsalçısı olan ölkənin hökuməti “Norveçin bütün ixracatı” adlı layihə təqdim edib. Layihədə hökumət neft-qaz ilə bağlı olmayan məhsul ixracının 2030-cu il üçün 50 faiz artırılmasını əsas sayır. Qarşıya qoyulan məqsədlərə dövlət sektorunun və biznes dairələrinin əməkdaşlıq yolu ilə nail olunmalıdır.

Layihəyə əlavə dəyər yaradan ixracın artırılması məqsədilə biznes siyasətinin aktivləşdirilməsi daxildir. Söhbət “yaşıl” sənayenin bundan sonrakı inkişafından, həm də biznes mühitinin sadələşdirilməsindən gedir.

Norveçdə sənaye üzrə şura yaradılacaq. Onun da üzərinə 5-10 əsas strateji ixracat təşəbbüsləri üzrə təkliflərin formalaşdırılması üçün məsuliyyət qoyulub.

Qeyd edək ki, Norveç Qərbi Avropada mədən yanacağının ən iri istehsalçılarından biridir. Ölkə həm də neft gəlirlərindən maliyyələşdirilən ümumi rifah sistemi ilə məşhurdur. Norveçi iqtisadiyyatın şaxələndirilməsi üzrə addımlar atmağa məcbur edən hadisələr əsasən 2014-cü ildə neft və qazın qiymətlərinin aşağı düşməsindən sonra əmələ gələn iqtisadi xərclər səbəbindən yaranıb. Bu ölkənin iqtisadiyyatı enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi ilə qarşılaşıb. Lakin böhranlı 2020-ci ildə neft və qazın rekord dərəcədə aşağı qiymətləri Norveç kronunun digər valyutalara münasibətdə dəyərinin görünməmiş dərəcədə itməsinə səbəb olub. Krallıq Rifah Fondundan (Neft Fondu) iri ödənişlər etməklə iqtisadiyyatda əhəmiyyətli problemlərdən boyun qaçırmağa nail oldu. Vəziyyət 2021-ci ildə əhəmiyyətli dərəcədə yaxşılaşdı, neftin və qazın artan qiymətləri ticari balansda müsbət saldoya nail olmağa kömək etdi. Lakin bu, Norveç ixracatının 2021-ci ildə 60 faiz təşkil edən neft-qaz sferasından asılılığını azaltmadı, hakimiyyət orqanlarını çıxış yolu axtarmağa məcbur etdi.

Norveç, həmçinin nəqliyyat inqilabını da birinci başa çatdırmağa hazırlaşır. Artıq 2025-ci ildə burada atmosfer üçün zərərli olan daxili yanma mühərrikləri ilə işləyən nəqliyyat vasitələrindən imtina etməyi planlaşdırırlar. Şəhərlərdə elektriklə işləyən nəqliyyat növlərinə də üstünlük veriləcək. Lakin norveçlilər təkcə bununla kifayətlənmək fikrində deyillər. Sərnişin bərələri və yükdaşıyan gəmilərin də elektriklə işləməsi planlaşdırılır. Bununla da gəmiqayırmada inqilab əldə etmək qarşıya məqsəd qoyulub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top