Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının dəvətilə ölkəmizə səfərdə olan dünyaşöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər “Türk dünyasının qapısı” kimi tanınan Naxçıvan Muxtar Respublikasına gedib.

AZƏRTAC xəbər verir ki, dünyaşöhrətli alim səfər çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Əziz Səncərin Naxçıvanda olarkən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşəcəyi nəzərdə tutulur.

Nobel mükafatı laureatı, həmçinin AMEA-nın Naxçıvan bölməsi ilə tanış olacaq, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşəcək.

Qeyd edək ki, Əziz Səncəri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir müşayiət edirlər.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top