MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Nesimi Pasayev

Nəsimi Paşayev yeni vəzifəsinin icrasına başlayıb

“Bakı Metropoliteni” QSC-nin sabiq mətbuat katibi Nəsimi Paşayev bundan sonra tikinti şirkətinin marketinq şöbəsinin rəhbəri vəzifəsini icra edəcək.

N.Paşayev “Hünər Qüllələri” layihəsini icra edən “Hünər Group” şirkətinin pr marketinq şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib. Artıq N.Paşayev öz işinin icrasına başlayıb.

Qeyd edək ki, ötən gün Bakıda “Hünər Qüllələri” layihəsini geniş təqdimatı olub. Məlumat verilib ki, müxtəlif sahələrdə uğurlu işlərə imza atmış Huner Group bugün çox fərqli bir konseptlə çıxış edərək peşəkar komandası ilə yeni layihələr həyata keçirməkdədir. Tikintisinə sürətlə davam edən “Hünər Qüllələri” layihəsinin önəmli tərkib hissəsini təşkil edir.

Belə ki, heyranedici dəniz mənzərəsiylə müştərilərinin zövqünü oxşayacaq “Hünər Qüllələri”nin tikintisi, Bakının ən prestijli məkanında – Ağ Şəhər-də sürətlə davam edir.  Burada mənzil alan hər bir vətəndaş şirkət tərəfindən pulsuz 14 otaqla təmin edilir. Bu otaqlara idman, əyləncə, kino və s otaqlar daxildir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top