MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

15281963314067151268_367x266

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “155” saylı vahid “Çağrı mərkəzi” yaradılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksəkkeyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün “155” saylı vahid “Çağrı mərkəzi” yaradılıb.
Nazirlikdən economic-ə verilən məlumata görə, “155” saylı “Çağrı mərkəzi”nə “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC (Baktelekom), “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi, “AzEeuroTel”, “Azdatacom”, “Az.net”, “Bakinternet” kimi qurum və provayderlərin xidmətləri ilə bağlı müraciət etmək olar.
Vahid çağrı mərkəzlərinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, qurumların resurslarından daha səmərəli istifadə, müştərilər üçün daha uyğun xidmətlərin hazırlanması, istək və müraciətlərin operativ həlli, müvafiq məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsidir.
“Çağrı mərkəzi”nin fəaliyyətinə müraciətlərin anında qeydiyyatı və operativ həlli, eləcə də elektron poçt, veb-çat vasitəsilə cavablandırılması, elektron məktubların göndərilməsi, sorğu və anketlərin keçirilməsi, telefonla satış, sosial şəbəkələr vasitəsilə vətəndaşlarla əlaqə yaradılması kimi xidmətlər daxildir.
Bundan başqa, interaktiv səsli cavablama vasitəsilə operatoru gözləmədən müxtəlif servislərin aktiv edilməsi, korporativ və ya xüsusi müştərilərə premium xidmətlərin göstərilməsi imkanları da mövcuddur.
Vətəndaşlara həftənin 7 günü, 24 saat olmaqla, Azərbaycan, rus və ingilis dillərində çoxşaxəli xidmət göstərilir. “Çağrı mərkəzi”ndə hazırda 60 operator çalışır və 2018-ci ilin sonunadək onların sayının 100-dək artırılması planlaşdırılır.
Operatorlar tərəfindən ay ərzində 100 minədək sorğu cavablandırılır.
Qeyd edək ki, sonrakı mərhələdə xidmət spektri artırılaraq əhaliyə telefon və portal vasitəsilə onlayn müxtəlif gündəlik xidmətlərin (məsələn, qida sifarişi, taksi xidməti, restoranlar, teatrlar, idman müsabiqələri haqqında məlumatların verilməsi, bilet sifarişi, çeşidli konsyerj xidmətləri və s.) göstərilməsi nəzərdə tutulub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top