"Neftin qiyməti ilə bağlı proqnozlarımız özünü doğruldur" - Nazir müavini - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Neftin qiyməti ilə bağlı proqnozlarımız özünü doğruldur” – Nazir müavini

Cari ilin birinci rübünün yekunları onu deməyə əsas verir ki, dünya birjalarında neftin qiyməti 2017-ci il üçün Azərbaycanın dövlət büdcəsində “qara qızıl”ın baza dəyərindən daha yüksəkdir.

Economi.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

“Bilirsiniz ki, biz 2017-ci ilin dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan götürmüşük. Birinci rübün yekunları onu göstərir ki, neftin qiyməti planlaşdırdığımızdan daha yüksəkdir. Amma neftin qiymətinə bel bağlamaq olmaz, çünki qiymətlərdə qeyri-stabillik müşahidə olunur. Təbii ki, neftin müxtəlif qiymətləri ilə bağlı bizim ssenarilərimiz var. Qiymətlərə uyğun siyasətimizi yürüdəcəyik”, – deyə nazir müavini bildirib.

Qeyd edək ki, “Fitch” reytinq agentliyinin hesablamalarına əsasən, neftin 1 barelinin qiyməti 66 dollar təşkil etdiyi halda Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunacaq.

Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2 mlrd. 370,5 mln. manat vəsait daxil olub, büdcədən 2 mlrd. 191,7 mln. manat vəsait xərclənib. Büdcənin icrasında 178,8 mln. manatlıq profisit yaranıb. Bu məbləğ ümumi daxili məhsulun 1,8%-i səviyyəsində olub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top