Neftçalada payızlıq taxıl əkini başa çatıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Neftçalada payızlıq taxıl əkini başa çatıb

Taxılçılıq Neftçalada aparıcı təsərrüfat sahələrindəndir. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olub.

Neftçalalı taxılçılar cari ildə zəmilərdən 121 min 317 ton məhsul götürüblər. Bunun da 96 min 596 tonu arpa, 24 min 721 tonu buğda olub. Taxılçılar gələn ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Payızlıq taxıl səpininə mütəşəkkil başlayan fermer və torpaq mülkiyyətçiləri qısa müddətdə 39 min 386 hektarda səpin apararaq, payızlıq taxıl əkinini başa çatdırıblar. Səpin zamanı əkinçilər rayonlaşdırılmış yüksək məhsuldar sortların əkininə üstünlük veriblər. Əkinçilər, həmçinin 1500 hektarda payızlıq yonca səpini də aparıblar.

Payızlıq səpin kampaniyasında rayonun Xolqarabucaq, Aşağı Qaraimanlı, Xolqaraqaşlı və Boyat inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər xüsusilə fərqləniblər. Onların ilkin səpin apardıqları sahələrdə yaxşı çıxış alınıb.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top