Neftçalada çiyid səpini başa çatıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Neftçalada çiyid səpini başa çatıb

Neftçalada çiyid səpini müvəffəqiyyətlə başa çatıb.
Economic.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə rayonda 6 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub. İstehsal müəssisələri ilə müqavilə bağlayan “ağ qızıl” ustaları qısa müddətdə 6 min 822 hektar sahədə səpin aparıblar. Bu da ötən ildəkindən 848 hektar çoxdur. İlkin mərhələdə səpin aparılmış 4 min 420 hektar sahədə yaxşı bitiş alınıb.
Hazırda pambıqçılar sahələrdə kultivasiya işləri görür, xəstəlik və zərərvericilərə qarşı dərmanlama aparırlar.
Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 5 min 973 hektar pambıq sahəsindən 23 min 41 ton məhsul toplayıblar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top