Neft qiymətinin bahalaşma prosesi davam edəcəkmi ? EKSPERTDƏN AÇIQLAMA - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Neft qiymətinin bahalaşma prosesi davam edəcəkmi ? EKSPERTDƏN AÇIQLAMA

Son günlər neftin qiyməti artmaqdadır. Bu bahalaşmanın nə vaxta kimi davam edəcəyini və bu bahlaşmanın Azərbaycana nə qədər xeyiri olduğunu daha ətraflı bilmək üçün,  iqtisadçı ekspert Pərviz Heydərova müraciət etdik.
Pərviz müəllim, neftin qiymətinin bahalaşmasını müşahidə edirik , bu proses davam edə bilərmi ?
Son vaxtlar Amerikada həm yeni işlək neft quyularının sayının günü-gündən artması ilə bağlı, həm də fəaliyyəti bu və ya digər səbəbdən müvəqqəti olaraq dayandırılmış quyular da işə düşdüyü təqdirdə, bazara ABŞ tərəfindən əlavə olaraq gündə 300 min barel məhsul çıxarıla bilər ki, bu da qiymətlərdə keçən ilin noyabrın 30-u tarixdə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən Vyana görüşündə hasilatı azaltmaq haqda qərardan sonra yaranmış sabitliyi əvvəl-axır təbii ki, pozacaq. Xatırladım ki, OPEC-in sözügedən qərarına karteldən kənar ölkələr də qoşulublar və bu gün onlar da sutkada ümumən təqribən 600 min barel həcmində, o cümlədən, Rusiya da 300 min barel civarında olmaqla hasilatı azaltmış durumdadırlar.
Ekspert onuda qeyd etdi ki, əslində, OPEC-in hətta Vyanada məlum qərarı qəbul edəcəyi haqda söhbət ortaya çıxan gündən neftin 1 barelinin qiyməti 50 dollardan yuxarı səviyyədədir. Ancaq bu, qeyd etdiyim kimi yenidən düşə də bilər. Düzdür, OPEC-in xam neft ehtiyatlarının guya azalmağa başladığını və hasilatın azaldılması qərarının bazarı tarazlaşdırdığı deyilir. Lakin, strateji neft ehtiyatlarının həcminə görə ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və İspaniya ilk beşlikdə gedirlər və bunlardan təkcə birincidə, yəni Amerikada ehtiyatların həcmi bazara ən operativ şəkildə təsir göstərmək iqtidarındadır. Üstəgəl, digər bir məsələ Liviya ilə bağlıdır. Belə ki, orada hasilatın bərpası bazara dərhal təsir göstərir. Çünki Liviya neft üzrə ən zəngin təbii ehtiyatlara malik Afrika ölkəsidir. Və bu ölkə OPEC-in sazişindən azad ölkə sayılır. Odur ki, çıxış yolu OPEC-in öz qərarının müddətini iyunda yenidən artırması zərurətinə qalır və çox şey məhz bundan asılı vəziyyətdədir. Sözügedən qərarın müddəti uzadılarsa, təbii ki, bu, qiymətlərin əlverişli səviyyədə qalması ilə nətəcələnəcək və ABŞ-da şist sənayesi nə qədər inkişaf etsə də da, Liviyada hasilat lap, kəllə-çarxa çatsa da belə, qiymətlər 50 dolların altına düşməyəcək. Heç olmasa, cari ilin axırınadək… Bu isə, bütün neft hasilatçısı olan ölkələr üçün hazırda olduqca, vacib məqamdır.
İqtisadçı bildirdi ki, o cümlədən, Azərbaycan üçün… Belə ki, ən azı dolların bizdə məzənnəsini neftin dünya bazar qiymətləri müəyyən edir ki, əgər o, 50-dən aşağı düşməsə dollar bahalaşan deyil. Valyuta bazarımızda sabitlik isə hazırda olduqca vacib məsələdir. Çünki, real olaraq iqtisadiyyatımızda transformasiya prosesi gedir, yəni yeni sistemə, qeyri-neft sektorunun dominantlığı tendensiyasının getdikcə, gücləndirilməsi və möhkəmlənməsinə doğru gedirik. Bu ilki büdcədə neftin proqnoz qiyməti 40 dollardan götürülüb. Makroiqtisadi sabitlik üçün bu, olduqca əlverişli məqamdır.
Pərviz Heydərov
Economic.az üçün

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top