MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

iqtisadiyyat_nazirliyi_logo

Nazirlik: “Onlardan sənəd tələb edin” – ALDANMAYIN!

Mənzilinə, ofisinə mebel almaq istəyən həm qiymət baxımından sərfəli, həm də keyfiyyətli məhsul axtarır.

Bakıda və ölkənin müxtəlif regionlarında alıcılara yalnız yerli deyil, hətta xarici istehsal adı ilə müxtəlif çeşidli mebellər təklif olunur.

İndi bazarlarda müxtəlif qiymətə xarici mebel kimi təqdim edilən və xarici görünüşcə müştərini aldadan  mebel dəstləri var. Dəllallar həmin mebelleri insanlara xarici mal kimi təqdim etməklə, qaz vurub, qazan doldururlar…

Müştərilər baha qiymətə və xarici marka adı altında mebelləri alıb evlərinə gətirdikdən bir müddət sonra aldadıldığının fərqinə varırlar.

Problem yumşaq mebel dəstlərində (divan, kreslo) daha tez özünü göstərməyə başlayır. Yüksək məbləğə alınan mebel üstündə 1-2 həftə oturulan kimi ya “yatır”, ya da cırıldamağa başlayır.

Yaxud da, istehlakçı, təmiz “qoz ağacından hazırlanmış” stol, stul, masaya bir müddət sonra taxtaqurdu düşəndə aldadıldığının, İtaliya, Türkiyə, İspaniya mebeli adı ilə aldığı mebelin əslində Bakıdakı sexlərdə yığıldığının fərqinə varır. Bu vaxt isə, necə deyərlər, iş işdən keçmiş olur…

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu sahədə meydana gələn problemlərin hüquqi yolla tənzimləndiyini açıqlayıb.

A.Əliyev bildirib ki, istehlakçının, aldığı mebelin mənşəyini müəyyən etmək üçün sənəd tələb etmək hüququ var:

“Bu sənədlər əsasında malın hansı ölkənin istehsalı olduğunu demək mümkündür. Ola bilər ki, malda istehsal qüsuru aşkar edilsin. Həmin vaxt istehlakçı malı qaytara, dəyişdirə, yaxud satıcı ilə qarşılıqlı razılaşma əsasında qiymətini aşağı saldıra bilər. Məsələn, istehlakçı almaq istədiyi mebel dəstində stulun rənginin getdiyini aşkarlayıb. Onda qiymətdə razılaşma ola bilər. Mebellər adətən zəmanətlə satılır. Bu nöqsanlar zəmanət müddətində aşkarlanıbsa, istehlakçı bu imkanlardan istifadə edə bilər”.

Nazirlik rəsmisi bildirib ki, istehlakçıya təqdim edilən mebel başqa ölkənin brendi kimi təqdim olunubsa, saxta sayılır:

“Əgər satıcı mebeli “X” ölkənin istehsalı kimi təqdim edib, ancaq istehlakçı onun başqa bir ölkənin malı olduğunu aşkarlayıbsa, bu, saxta mal hesab olunur. Burada da istehlakçı qanunvericilikdə nəzərdə tutulduğu kimi, mebeli qaytara, dəyişdirə yaxud qiymətində razılığa gələ bilər”.

A.Əliyev bildirib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə 2017-ci ilin 3 ayı ərzində satışda olan mebellərlə bağlı hər hansı şikayət daxil olmayıb.

“2016-cı ildə isə mebellərlə bağlı 6 müraciət daxil olub. İstehlakçının haqlı tələbləri Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ödənilib”.

Mənbə: modern.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top