Nazirlik: Azərbaycan Çernobıl əlillərinin sosial müdafiəsi sahəsində ən fəal siyasətə malik ölkələrdəndir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nazirlik: Azərbaycan Çernobıl əlillərinin sosial müdafiəsi sahəsində ən fəal siyasətə malik ölkələrdəndir

Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin barəsində qəbul edilən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanun qəbul edilib və prezident İlham Əliyevin əlilliyi olan şəxslərin təminatlarının gücləndirilməsinə yönələn sosial inkişaf kursu Çernobıl əlillərinin də sosial müdafiəsinin ildən-ilə güclənməsinə şərait yaradıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanın sosial qanunvericiliyində Çernobıl əlilləri əlilliklərinin səbəbinə görə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar və Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar kateqoriyaları üzrə müəyyən ediliblər.

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan vətəndaşlar (2 864 nəfər) ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilir və onlara əlilliyə görə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan prezidentinin aylıq təqaüdləri də ödənilir.

Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar (1 730 nəfər) aylıq sosial müavinət və ya əlilliyə görə əmək pensiyası, bu kateqoriyadan olan və əmək pensiyası almaq hüququ olmayan I qrup əlillər isə əlilliyə görə sosial müavinətlə bərabər, Prezident təqaüdü ilə də təmin olunurlar.

Eyni zamanda, Çernobıl əlillərinin müalicə üçün ildə bir dəfə birdəfəlik müavinətlə, onlardan I və II qrup əlillərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının (878 nəfər uşaq) aylıq sosial müavinətlə təminatı həyata keçirilir. Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Ötən dövrdə 200 nəfərə yaxın Çernobıl əlilinə mənzil, 2014-cü il yanvarın 1-nə qədər növbədə olan bütün  Çernobıl əlillərinə isə avtomobil təqdim edilib. Onların sanator-kurort putyovkaları, tibbi-sosial reabilitasiya xidmətləri və s. ilə təminatı sahəsində də müvafiq işlər görülür.

Qeyd olunanlar Azərbaycanın Çernobıl əlillərinin sosial müdafiəsi sahəsində ən fəal siyasətə malik ölkələrdən biri olduğunu qeyd etməyə əsas verir.

APA-Economics

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top