
Nazirlər Kabineti Bakıda xüsusi zolaqlardan istifadə ilə bağlı sərəncam verib
Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu barədə bildirib.
O qeyd edib ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı hərəkət zolaqlarından mayın 5-dən 25-dək tətbiq olunacaq.
K. Əliyev bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olsalar, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.
O, həmçinin qeyd edib ki, 5-25 may tarixlərində nəqliyyat vasitələrinin rayonlardan Bakı şəhərinə daxil olması ilə bağlı mövcud məhdudiyyətlərin tətbiqinə də nəzarət gücləndiriləcək.
apa.az
BƏNZƏR MƏQALƏLƏR
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət […]
Bu prospekt də hərəkət qismən məhdudlaşdırılacaq
Economic.az xəbər verir ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə […]
Pirallahı rayonunda ümumi uzunluğu 4 km olan daha 2 küçə təmir edildi
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə […]