Nazir müavini: "Niderland indiyədək Azərbaycana 900 milyon dollarlıq investisiya yatırıb" - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nazir müavini: “Niderland indiyədək Azərbaycana 900 milyon dollarlıq investisiya yatırıb”

Son 3 ildə Niderland Krallığı Azərbaycana 300 mln. dollar həcmində investisiya yatırıb.

Economic.az APA-Economics”-ə istinadən  xəbər verir ki, bunu Azərbaycan-Niderland Biznes forumunda iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Nazir müavininin sözlərinə görə, ümumilikdə, krallığın ölkəmizə yatırdığı investisiyaların həcmi 900 milyon dolları ötüb: “Niderland Krallığı Azərbaycanın qeyri-neft sektoruna investisiya edən 4-cü ən böyük ölkədir. Bu günə qədər hər iki ölkə arasında 180 milyon dollar həcmində müqavilələr imzalanıb. Ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon dollardır. Bu, iki ölkə arasında mövcud olan potensialı tam əks etdirmir. Bu kimi biznes forumların keçirilməsində əsas məqsəd Azərbaycan və Niderland arasında ortaq layihələrin təməlini qoymaqdır”.

Qeyd edək ki, biznes forumda Niderlandın 24, Azərbaycanın 40-a yaxın şirkətinin nümayəndəsi iştirak edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top