
Nazir: Kiçik və orta biznesə sərmayələr Latviya və Azərbaycan arasında iqtisadi əməkdaşlığa böyük fayda verəcək
Latviya Azərbaycan investisiyalarının öz liman və logistik mərkəzlərinə cəlb edilməsinə maraq göstərir. Economic.az Trend-ə istinadən bildirir ki, bu sözləri özəl açıqlamasında Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib.
Latviya şirkətlərinin Azərbaycan bazarlarında nəqliyyat və logistika, maşınqayırma, informasiya texnologiyaları və telekommunikasiya, memarlıq, turizm və təhsil sahələrində çalışdığını bildirən nazir qeyd edib ki, ölkəsi bu əməkdaşlığın genişləndirilməsində maraqlıdır:
“Azərbaycan Latviya ilə iqtisadi əməkdaşlığı möhkəmləndirmək üçün 2018-ci ildə Riqada öz Ticarət evini açdı. Azərbaycan şirkətləri ilə qida, əczaçılıq, ekologiya, kənd təsərrüfatı və sənaye sahələrində Latviya ilə əlaqələrin inkişafına maraq göstərir. Latviya öz liman və logistik mərkəzlərinə Azərbaycan investisiyalarının yatırılmasını alqışlayardı. Bu ilin aprelində biz Azərbaycandan iş adamlarından ibarət nümayəndə heyətinin səfərini səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu səfər bizim iqtisadi sahədə qarşılıqlı fəaliyyətimizin genişlənməsinə kömək edəcək”.
Nazir vurğulayıb ki, kiçik və orta biznesə sərmayələr Latviya və Azərbaycan arasında iqtisadi əməkdaşlığa böyük fayda verəcək:
“Bizim artıq topdansatış ticarət, nəqliyyat və konsaltinq kimi sahələrdə uğurlu investisiya nümunələrimiz var. Latviya qarşılıqlı faydalı sərmayələrin artırılmasında maraqlıdır”.
E.Rinkeviç əlavə edib ki, 2018-ci ildə Latviya və Azərbaycan arasında əmtəə dövriyyəsi illik hesablamada 20 faizdən çox artaraq 19,84 milyon avro təşkil edib:
“Latviyadan Azərbaycana ərzaq malları, tikinti və ağac materialları, kimyəvi məhsullar, əczaçılıq preparatları ixrac olunur. Ümumiyyətlə, latviyalı sahibkarlar yeni ixrac bazarları əldə etməyə çalışır. Biz əminik ki, yaxın illərdə Azərbaycana elektrik avadanlıqlarından tutmuş kosmetikaya qədər daha çox Latviya məhsulları çatdırılacaq”.
BƏNZƏR MƏQALƏLƏR
“Eurodesign” şirkətinin təşəbbüsü ilə tələbələr üçün ödənişsiz vebinar keçiriləcək
Economic: Telekommunikasiya sahəsində yüksək səviyyəli xidmət və müasir həllər təklif edən “Eurodesign” şirkətinin təşəbbüsü ilə […]
Azərbaycan Türkiyədən avtomobil ixracını artırıb
2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49,13 […]
Startaplar niyə uğursuz olurlar? – 5 əsas səbəb
Statistikaya görə yaranmış 10 startapdan 9-u elə ilk ildə uğursuz olur və fəaliyyətin dayandırır. Bunun […]