Nazir: Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var
Bakı 1 iyul, AZƏRTAC–
Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var. Nöqsanları tədris bacarıqları yüksək olan tərəfə çevirməliyik.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, ölkədə texniki fənlərin tədrisi ilə bağlı praktiki tədqiqat yoxdur: “Hələ də 70-ci illərdən qalan metodik kitabçalara əsaslanan dərsliklər hazırlanır. Dərslik tədris vəsaitidir. Dərsliklərlə bağlı çoxlu rəylər var. Rəylə tədqiqat qarışdırılmamalıdır. Rəy tədqiqat nəticəsi deyil. Nəticə olmadığından inanmaq üçün isbat lazımdır. Tədqiqat varsa, dinləməyə ən çox biz maraqlıyıq”.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]