MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Əbülfəz-Qarayev

NAZİR: “BAKI ŞOPİNQ FESTİVALI ÇƏRÇİVƏSİNDƏ 350 MİN MANATDAN ÇOX VƏSAİT ALICILARA GERİ QAYTARILIB”

“Bakı Şopinq Festivalı başladığı gündən indiyə qədər 350 min manatdan çox vəsait Vergilər Nazirliyi tərəfindən alıcılara geri qaytarılıb”. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, bu, ümumi məbləğin 10 faiznin qaytarılması deməkdir: “Ümumi alış dövriyyəsi təxminən 3 milyon 500 min manat artıb. Digər vaxtlara nisbətdə bu rəqəmlər ümidvericidir. Hər hansı çətinliklər yaranan zaman bank mütəxəssisləri, eyni zamanda Vergilər Nazirliyinin əməkdaşları peşəkarlıqla bunu aradan qaldırırlar”.

Ə.Qarayev bildirib ki, Bakı Şopinq Festivalına maraq hər gün daha da artır: “Nəzərə alsaq ki, festivalın keçirilməsi üçün cəmi 2 ay hazırlıq işləri gördük. Ciddi təbliğat və reklam olmamışdı. Bu onu göstərir ki, festivala baöyük maraq var. Ayın sonunda bilinəcək ki, festivalda xaricdən gələn turistlər, yoxsa yerli vətəndaş daha çox pul xərcləyib və alış-veriş edib”.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top