Nazir: Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 13 faiz artıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nazir: Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 13 faiz artıb

Bakı, 12 iyun, AZƏRTAC

2024-cü ilin yanvar-may aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1,3 milyard manat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X sosial şəbəkəsində məlumat yayıb.

Nazir qeyd edib ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 5,4 milyard manat olub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top