Nazir: "Azərbaycan konsultasiyalarda iştiraka hazırdır" - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nazir: “Azərbaycan konsultasiyalarda iştiraka hazırdır”

Azərbaycan Asiya İnkişaf Bankının (AİB) yeni strategiyası üzrə konsultasiyaların fəal iştirakçısı olmağa hazırdır.

Bunu maliyyə naziri Samir Şərifov Almaniyanın Frankfurt şəhərində AİB Rəhbərlər Şurasının 49-cu İllik Toplantısında çıxış edərkən deyib.

Nazir bildirib: “Əminəm ki, AİB-in hazırladığı yeni strategiya yaranan problemləri daha kompleksli həll etməyə imkan verəcək və onun reallaşdırılması bankın güclənməsinə gətirib çıxaracaq”.

S.Şərifov çıxışında özəl sektora dəstək də daxil olmaqla AİB-in kredit əməliyyatlarının artırılması və genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top