Nazim Səmədov: “Standartlara cavab verməyən otellərə sanksiya tətbiq olunsun” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Nazim Səmədov: “Standartlara cavab verməyən otellərə sanksiya tətbiq olunsun”

“Ötən ildən etibarən turistlər intensiv şəkildə Azərbaycana gəlməyə başlayıb. Bu da müəyyən maneələrin aradan qaldırılması nəticəsində olub”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Onun sözlərinə görə, bu mərhələdə əsas vəzifə keyfiyyətli və yüksək təhlükəsizlik xidməti artırmaq, yeni məhsulu ortaya çıxartmaqdır: “Hazırda 554 otel qeydiyyata alınıb, onlardan 130-u ulduz sertifikatı alıb. Ola bilsin ki, bunların bəziləri yapışdırılıb, lakin sanksiyalar yoxdur. Qanun layihəsi də bir fürsətdir ki, sanksiyalar tədbiq olunsun. Əgər hansısa otel standartlara cavab vermirsə, niyə ulduzların sayına təsir göstərirsən. Ona görə də cərimə tədbiq olunmalıdır”.

N.Səmədov deyib ki, Dövlət Turizm Reyestinin yaradılması çox vacibdir. Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir: “Reyestr olan zaman Mədəniyyət və Turizm Nazirliyi müəyyən şərtlər qoya bilər. Məsələn, hotellər üçün bu reyestrdə üzvlük hansısa bir standarta uyğunluğun nəticəsi kimi ola  bilər. Bizim ulduzlarla bağlı standartlarımız var və 1, 2, 3, 4, 5 ulduzlu hotellər var. Amma bu standartların olması məcburi şərt deyil”.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Turizm haqqında” yeni qanun layihəsi müzakirə olunub. Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top