Naxçıvanda 78 transformator yarımstansiyasında təmir işləri aparılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Naxçıvanda 78 transformator yarımstansiyasında təmir işləri aparılıb

Naxçıvanda 78 transformator yarımstansiyasında təmir işləri aparılıb

Naxçıvan, 11 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılır.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2024-cü ilin ilk 3 ayı ərzində muxtar respublika ərazisində, ümumilikdə, 78 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyalarında cari təmir işləri aparılıb. Eyni dövrdə 3,3 kilometr yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilib, 40,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik verilişi xətlərində təmir işləri görülüb.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top