MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

-fc5a29b5160032667890446478610309790

Naxçıvan qeydiyyatında olanların NƏZƏRİNƏ!

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə məlumat yayıb.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, 1 iyul 2021-ci il tarixdən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatında olan muxtar respublika sakinlərinin istifadə müddəti bitmiş, itirilmiş yaxud da istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhəri, Rəşid Behbudov küçəsi-130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti  fəaliyyət göstərən Naxçıvan MR Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenilənməsi prosesi 15 avqust 2021-ci il tarixinədək  uzadılıb.

Əlaqə üçün tel: (012) 590-64-43,590-64-31.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top