NATO-nun Şimali Avropadakı quru qüvvələrinin qərargahı Finlandiyada yerləşəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

NATO-nun Şimali Avropadakı quru qüvvələrinin qərargahı Finlandiyada yerləşəcək

NATO-nun Şimali Avropadakı quru qüvvələrinin qərargahı Finlandiyada yerləşəcək

Bakı, 10 aprel, AZƏRTAC

NATO-nun Şimali Avropadakı quru qüvvələrinin qərargahı Finlandiyada yerləşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram Finlandiyanın “İltaLehti” qəzetinə müsahibəsində bildirib.

Nəşr qeyd edir ki, qərargahın Rusiya ilə sərhəddən təxminən 140 kilometr aralıda Finlandiyanın Mikkeli şəhərində yerləşdirilməsi planlaşdırılır. O, Şimali Atlantika Alyansının ABŞ-ın Norfolk şəhərindəki qərargahına hesabat verəcək.

Qəzetin yazdığına görə, bu, gecə-gündüz fəaliyyət göstərən yüksək hazırlıqlı qərargah olacaq.

Daha əvvəl Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov bildirib ki, iki ölkə sərhədi potensial eskalasiya zonasına çevrilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top