Muxtar Babayev: İqlimə davamlı dünyaya keçid zamanı qarşılaşacağımız çətinliyi başa düşürük – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Muxtar Babayev: İqlimə davamlı dünyaya keçid zamanı qarşılaşacağımız çətinliyi başa düşürük

Bakı, 8 iyul, AZƏRTAC

“Dünya bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da bir araya gələrək, qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaqla bağlı növbəti addımları müzakirə edəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev deyib.

O qeyd edib ki, Azərbaycanın enerji sektorunda zəngin irsi var: “Bu gün Azərbaycan təbii qaz ixracı ilə Avropa İttifaqının enerji təhlükəsizliyini dəstəkləyir. Biz uzunmüddətli davamlı inkişafı təmin etmək üçün qalıq yanacaq sənayemizin gəlirlərindən istifadə edirik. Bu, Avropaya bərpaolunan enerjinin yaşıl dəhlizinin yaradılması və daxili bazarımız üçün yaşıl enerji və enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi deməkdir. İnkişaf etməkdə olan bir iqtisadiyyat kimi, bu cür layihələrin maliyyələşdirilməsinin, xalis sıfır və iqlimə davamlı dünyaya keçid zamanı qarşılaşacağımız çətinliyi başa düşürük”.

 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top