“Müştəri Məmnuniyyəti” adlı kitabın təqdimat və imza günü keçirildi. FOTOLAR - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Müştəri Məmnuniyyəti” adlı kitabın təqdimat və imza günü keçirildi. FOTOLAR

Arzu Qafarlının müəllifi olduğu “Müştəri Məmnuniyyəti” adlı kitabın təqdimatı və imza günü 17 dekabr Park Bulvarda baş tutdu.

Tədbiri giriş sözü ilə açan müəllif ilk olaraq tədbirə gələn bütün kitab severlərə  öz minnətdarlığını bildirdi.

Müəllif bildirdi ki, Müasir marketinqin tələbi olan Müştəri Məmnuniyyəti, bu gün müəssisələrin planında ön sıradadır.

Əvvəllər şirkətlər tək satmağa çalışırdılarsa indi isə bununla yanaşı müştərini qoruyub saxlamağı da düşünürlər. Bu gün bizim bazarda müştərinin məmnun qaldığı onlarla istehsal, xidmət sahəsində fəaliyyət göstərən  müəssisələrin adlarını açıqlamaq olar. Bununla yanaşı bu brendlər “Made in Azerbaijan” adı ilə xaricdə belə müştərilərin rəğbətini qazanıblar. Inanırıq ki, bu kimi müəssisələrimizin sayı yaxın illərdə daha da çox olacaq.

Müəllif onuda qeyd etdi ki, güclənən sağlam bazar rəqabətində müəssisələr çalışmalıdır ki, müştərilərin daha çox rəğbətini qazansınlar.

Bunun üçün müəssisələr  məhsulun keyfiyyəti ilə yanaşı, müştəriləri üçün yaxşı xidməti daim təşkil etməlidir. Müəssisələr yaxşı xidmət üçün müştəri ilə  təcrübəli mütəxəssislərini üzə-üzə qoymalıdır. Bu sahədə işləyən mütəxəssislərə daim təlimlər, seminarlar və kitablarla təmin etməlidir.

Müəllifi onuda vurğuladı ki, Kitabda bu sahənin dahada inkişaf etdirilməsində ən başlıca lazım olan mövzulara toxunulub və məsləhətlər verilib. Bu sahədə işləyənlər kitabdan yararlanaraq öz nəzəri və praktiki biliklərini daha da artıra bilərlər.

Daha sonra YAP Gənclər Birliyinin Sədri  Seymur Orucov bildirdi ki,  bu sahədə nə qədər çox kitablar yazılarsa, nəticə etibarı ilə bu sahədə işləyən, oxuyan hamı üçün bir praktiki təcrübənin inkişaf etdirilməsində köməklik edə bilər. Qazanan bizim gənc sahibkarlarımız olacaq və sahibkarlıq sinifinin artmasına gətirib çıxardacaq.

Seymur Orucov onuda qeyd etdi ki, müştəri həmişə baş tacı olub. Müştəri ilə elə davranmaq lazımdır ki, o özünü ən üst səviyyədə hiss etsin. Əgər müştəri yoxdursa deməli satışda yoxdur. Müştəri narazı olsa, arada olan münasibət düzgün qurulmasa nəticədə satış və gəlir aşağı düşür.

Təqdimatda iştirak edən müxtəlif şirkət rəhbərləri müştəri məmnuniyyətinə toxunaraq bu kimi kitabların çox vacib olduqlarını vurğulamışdır.

Sonra isə tədbir iştirakçıları müəllifin imzalı kitablarını əldə ediblər.

 

????????????????????????????????????

 

DSC_0353 DSC_0365 DSC_0380 DSC_0383

DSC_0384

????????????????????????????????????

DSC_0406 DSC_0417 DSC_0427 DSC_0445 DSC_0466 DSC_0468 DSC_0488 DSC_0500 DSC_0505 DSC_0518 DSC_0539 DSC_0544 DSC_0559

????????????????????????????????????

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top