Müsadirə olunan maşınlar satışa çıxarılır
Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi mayın 2-də növbəti hərrac elan edib. Həmin gün kiçik müəssisə və obyektlər, səhmdar cəmiyyətlərlə yanaşı dövlət nəfinə müsadirə olunan əmlaklar da hərraca çıxarılacaq.
Həmin əmlaklar sırasında maşınlar, kompüterlər, mobil telefonlar, təmir alətləri, kompüter stolu və digər əşyalar var. Həmin əmlakların ən ucuz ilkin satış qiyməti 7-8 manatdan başlayır. Siyahıda yer alan mobil telefonların ilkin satış qiyməti isə 13 manatdan başlayır.
Müsadirə edilən maşınlardan isə ən ucuzunun ilkin satış qiyməti 1000 manatdan başlayır. Siyahıda 5 300 manata, 9 500 manata satılan maşınlar da var.
Qeyd edək ki, hərraca çıxarılan əmlaklar Binəqədi, Xətai, Nərimanov, Yasamal və Səbail rayonlarında və Sumqayıtda müsadirə edilib. Onların tam siyahısı ilə buradan tanış ola bilərsiz.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin […]
-
Pambığın alış qiyməti növbəti dəfə artırıldı
Pambıqçı fermerlərə daha bir müjdə: pambığın alış qiyməti növbəti dəfə artırıldı Fermerlərin maddi rifah halının […]
-
Un və çörək satışı bazarında monitorinqlər aparılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında […]