Müsadirə olunan maşınlar satışa çıxarılır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Müsadirə olunan maşınlar satışa çıxarılır

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi mayın 2-də növbəti hərrac elan edib. Həmin gün kiçik müəssisə və obyektlər, səhmdar cəmiyyətlərlə yanaşı dövlət nəfinə müsadirə olunan əmlaklar da hərraca çıxarılacaq.

Həmin əmlaklar sırasında maşınlar, kompüterlər, mobil telefonlar, təmir alətləri, kompüter stolu və digər əşyalar var. Həmin əmlakların ən ucuz ilkin satış qiyməti 7-8 manatdan başlayır. Siyahıda yer alan mobil telefonların ilkin satış qiyməti isə 13 manatdan başlayır.
Müsadirə edilən maşınlardan isə ən ucuzunun ilkin satış qiyməti 1000 manatdan başlayır. Siyahıda 5 300 manata, 9 500 manata satılan maşınlar da var.
Qeyd edək ki, hərraca çıxarılan əmlaklar Binəqədi, Xətai, Nərimanov, Yasamal və Səbail rayonlarında və Sumqayıtda müsadirə edilib. Onların tam siyahısı ilə buradan tanış ola bilərsiz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top