Müalicə olunmamış zökəmin qorxunc fəsadları – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Müalicə olunmamış zökəmin qorxunc fəsadları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zökəmin yanlış müalicəsi və ya ona məhəl qoymamaq ciddi xəstəliklərin inkişafına səbəb ola bilər”.

Bunu rusiyalı otorinolarinqoloq, cərrah Aleksey Litvinov deyib.

O, sonadək müalicə olunmayan zökəmin sinüsitə, hətta haymoritə keçə biləcəyini vurğulayıb. Həmçinin iltihab digər burunətrafı ciblərə da keçərək rinosinüsitə səbəb ola bilər. Bu xəstəlik burun tutulması, irinli ifrazat və güclü baş ağrısı ilə xarakterizə olunur.

Otorinolarinqoloq xəbərdarlıq edib ki, bu vəziyyətdə xəstəliyə məhəl qoymasanız və dərhal onunla məşğul olmağa başlamasanız, bu, hətta kəllədaxili rinogen ağırlaşmalara qədər gətirib çıxara bilər.

“Bu, inkişaf mexanizmi iltihab yaradan bakteriyaların ilkin infeksiya ocağından beyin qişalarına nüfuz etməsinə əsaslanan bütöv bir xəstəlik qrupudur. Bu, qan sepsisi, görmə sinirinin və gözün qişalarının iltihabı, osteomiyelit, beyinin absesi, meningitə gətirib çıxarır”, – deyə Litvinov bildirib.

Sonda o xatırladıb ki, haymorit zamanı insanda tromboz – beyin ciblərinin ölümlə nəticələnən tıxanması inkişaf edə bilər. Bu baxımdan, vaxtında mütəxəssisə müraciət etmək vacibdir.

Mənbə: osnmedia.ru

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top