
Mövsüm yağışları 13 milyard dollar dəyərində zərər vurub
Çinin 27 bölgəsində mövsüm yağışlarının səbəb olduğu sel, daşqın, torpaq sürüşməsi və digər fəsadlar nəticəsində ölən və itkin düşənlərin sayı 141 nəfərə çatıb.
Çin ərazisindən keçən ən uzun çay olan Yantzı da daxil olmaqla, 433 çayda suyun səviyyəsi təhlükəli həddə çatıb, 33 çayda tarixi rekord səviyyəsinə yüksəlib.
Yantzı çayının hövzəsində yerləşən Çunçin şəhərində və Siçuan vilayətinin bir neçə yaşayış məntəqəsində daşqın sularının hündürlüyü 2 metrə çatıb və irimiqyaslı dağıntılar törədib. Sel və daşqınlar yüzlərlə hektar əkin sahəsini məhv edib, 30 minə yaxın fərdi evə ziyan dəyib. Ümumi maddi ziyan 13 milyard dollara yaxındır. Suların əhatəsində təcrid vəziyyətinə düşən 2 milyondan çox sakinin təhlükəsiz yerlərə təxliyəsi əmr olunub. Ölkənin üçüncü ən böyük şirin su hövzəsi olan Tayhu gölündə suyun səviyyəsi 4,65 metr yüksəlib. Bununla əlaqədar ən yüksək səviyyədə hazırlıq vəziyyəti elan edilib.
Qeyd edək ki, mayın son günlərindən başlayan şiddətli yağışlar 40 milyona yaxın insana müxtəlif səviyyədə zərər vurub. Meteoroloqlar bir neçə çayda sel təhlükəsinin davam etməsi ilə əlaqədar xəbərdarlıq ediblər. //AZƏRTAC
BƏNZƏR MƏQALƏLƏR
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]
Azərbaycanda ÜDM 4,5 faiz artacaq
2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir. Economic.az xəbər verir ki, bu […]
Bu gün “OPEC+” nazirlərinin toplantısı keçiriləcək
Yanvarın 4-də OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü baş tutacaq. Economic.az AZƏRTAC-a istinadən […]