Motor yağları - Yalnız aşağı keyfiyyətli motor yağı istifadə prosesində qara rəng alır. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Motor yağları – Yalnız aşağı keyfiyyətli motor yağı istifadə prosesində qara rəng alır.

Mənim avtomobilimə mineral yağ daha uyğundur, çünki o, sintetik yağdan fərqli olaraq təbiidir.

Bu, çox populyar mifdir. Sürücülər mühərrik üçün sintetik yağın mineral yağdan xeyli “faydalı” olduğunu öyrənəndə təəccüblənirlər. Mineral sürtgü materialları təbii neftdən istehsal olunur, sintetik yağlar isə mühərrikin mümkün qədər effektiv işini təmin etmək məqsədi ilə aparılan kimyəvi dəyişikliklər yolu ilə istehsal edilir. Bir qayda olaraq, sintetik yağlar xüsusi olaraq daha geniş temperatur diapazonunda işlənmək üçün hazırlanır, buna görə də onlar mühərriki mineral yağlara nisbətən xeyli yaxşı qoruyur.

Mühərrik işə düşərkən sintetik motor yağı nəinki mühərrikin işinin ilk saniyələrindən ən dar və ucqar sürtünmə yerlərinə daxil olur, həm də aşağı temperaturlarda özlülük kəmiyyətinin azaldılması sayəsində mühərrikin podşipniklərdəki, porşenlər qrupundakı və qazbölüşdürmə mexanizmindəki sürtünmə qüvvələrini dəf etməyə sərf etdiyi enerjini azaldır. Beləliklə, mühərrik zənginləşdirilmiş qatışıqla işlədiyi zaman bu yağ yanacağa əlavə qənaəti təmin edir. Sürtgü təminatının yetərincə olmaması soyumuş mühərrik işə salınarkən və mühərrik qızdığı zaman mühərrikdə nasazlıqların yaranmasının əsas səbəblərindən biridir. Buna görə də mühərrikin daha tez işə düşməsi üçün onun mühüm hissə və detallarına yağın dərhal, vaxtında verilməsi tələb olunur. Bu, mühərrik işə düşən anda onun korlanmaya qarşı müdafiəsini təmin edir. Tipik SAE 15W-40 mineral yağı ilə müqayisədə 5W-30 sintetik yağından istifadə olunarkən mühərrik dörd dəfəyədək tez işə düşə bilər. Bundan başqa, akkumulyator batareyasının resursu da artmış olur.

Mineral yağ bəzən aşağı temperaturlarda mühərrikin daxili detallarında və səthində çöküntülər və şlam qoyur. Bu hal xüsusən mühərrikin işlək temperaturadək qızması çox vaxt apardıqda (məsələn, keyfiyyətsiz yanacaqdan istifadə olunarkən) və ya qısa məsafələrə tez-tez səfərlər edildikdə müşahidə olunur. Bu çöküntülər mühərrikin normal yağlanmasına mane olur, yağın özlülüyünün artmasına gətirib çıxarır və yanacaq sərfiyyatını artırır. Belə hallarda ən pis ssenari ondan ibarət olur ki, mühərriki açarkən klapanın qapağında və altlıqda mineral yağın kimyəvi və termik dağıntılarının nəticələrini (qara maz formasında çöküntüləri) müşahidə etmək olur. Sintetik yağlar mühərriki bu cür təhlükələrdən daha yaxşı qoruya bilir.

Mühərrikdə mineral yağdan istifadə edilibsə, sintetik yağdan istifadə etmək olmaz. Bəzi sürücülər əvvəllər avtomobillərinə mineral yağ tökdüklərinə görə sintetik yağdan istifadə etməkdən qorxurlar. Amma motor yağı hansı növ olursa-olsun, seçim üçün əsas meyar onun özlülük tələblərinə və avtomobilin təlimatında göstərilən spesifikasiyalara uyğun olmasıdır. Bu zaman yağın mineral və ya sintetik olması önəmli deyil, başlıcası odur ki, o, göstərilən şərtlərə uyğun olsun.

Yalnız aşağı keyfiyyətli motor yağı istifadə prosesində qara rəng alır.

Əslində hər şey əksinədir. Əgər yağ qara rəng almırsa, bu, onun işləməməsinin əlamətidir. Yağların çoxunda mühərriki qoruyan xüsusi aşqarlar olur, onlar, mühərriki çöküntülərdən və közlərdən müdafiə edir. Bu zaman onlar suspenziya şəklində yağda qalır. Mühərrikin daha yaxşı işləməsi üçün çirklənmələrin yağda parçalanmış xırda hissəciklər formasında qalması zəruridir. Mühərrik növbəti dəfə yağlanarkən onlar mühərrikdən xaric olur, əks halda onlar mühərrikin daxilində müxtəlif detalların səthində qalaraq problemlər yarada bilər.

Mühərrik üçün uzaq məsafələrə səfərlər etmək daha əlverişlidir.

Mütəmadi olaraq qısa məsafələrə səfərlər edən sürücülər mühərrikə ciddi ziyan vura bilərlər. Qısa səfərlər zamanı mühərrik optimal işlək temperaturunadək qızmır ki, bunun da nəticəsində aşağı temperaturlu şlamların əmələ gəlməsi ehtimalı artır. Ted.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top