MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

747fc3c0-e800-4741-b9c1-1fb61fb40970_640

“Moody’s”: Qlobal iqtisadiyyat son 75 ilin ən pis rübünü yaşayacaq

Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” pandemiyanın təsiri ilə bu il G20 ölkələrinin iqtisadiyyatlarının 4,6% kiçiləcəyini proqnozlaşdırır.

Economic.az “Report”a istinadən xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib.

Hesabata görə, G20 ölkələrinin iqtisadiyyatları gələn il isə 5,2% böyüyəcək. Belə ki, qlobal iqtisadiyyat canlanmağa başlasa da, bərpanın uzun və maneəli olacağı bildirilib. Bu ilin II rübünün qlobal iqtisadiyyat üçün II Dünya müharibəsindən sonrakı dövrün ən pis rübü olacağı qeyd olunub.

Bundan başqa, ABŞ iqtisadiyyatı bu il 5,7%, Avrozona iqtisadiyyatının isə 8,5% kiçiləcəyini, 2021-ci ildə isə müvafiq olaraq 4,5%, 6,2% artım gözlənilir. Çin iqtisadiyyatının isə bu il 1%, gələn il isə 7,1% böyüyəcəyi proqnozlaşdırılır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top