MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

misir

Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

 

Misirdə törədilmiş terror aktlarından sonra elan olunmuş matəmlə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Economic.az bildirir ki, Misirin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, matəm üç gün davam edəcək.

Xatırladaq ki, aprelin 9-da Misirdə xristian-qibtilərin kilsələrində törədilmiş iki partlayış nəticəsində azı 43 nəfər ölüb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 27 nəfər Tantadakı, 16 nəfər, o cümlədən üç polis isə İsgəndəriyyədəki kilsədə baş verən partlayışda həlak olub. Həmçinin 78 nəfərin Tantada, 40 nəfərin isə İsgəndəriyyədə yaralandığı barədə məlumat verilib. Hücuma görə məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top