Misirdən olan 600 zəvvar Həcc ziyarəti zamanı istidən dünyasını dəyişib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Misirdən olan 600 zəvvar Həcc ziyarəti zamanı istidən dünyasını dəyişib

Bakı, 19 iyun, AZƏRTAC

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı azı 600 misirli zəvvar dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) ərəb ölkələrindən birinin diplomatına istinadən məlumat yayıb.

“Ölümlər isti səbəbindən baş verib”, – deyə agentliyin mənbəsi bildirib.

AFP daha əvvəl Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istilər səbəbindən 550 zəvvarın, o cümlədən 323 misirlinin öldüyünü bildirmişdi. Zəvvarların ölümünə çox vaxt isti hava və ya əzilmək səbəb olur. Bu il Həcc dövründə Məkkədə temperatur 52 dərəcəyə çatır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top