Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

Bakı, 3 iyul, AZƏRTAC

Misirin yeni hökumət and içərək səlahiyyətlərinin icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlki kabinetdən yalnız on nəfərə yaxın nazir yeni hökumətdə öz vəzifələrini qoruyub, 20-dən çox nazir isə dəyişdirilib. Xüsusən xarici işlər, müdafiə və maliyyə nazirliklərinə yeni rəhbərlər təyin olunub.

Bir sıra nazirliklər ləğv edilərək dəyişdirilib. Bundan əlavə, Baş nazir Mustafa Madbulinin yeni hökuməti İnvestisiya Nazirliyi yaradıb.

İki ay əvvəl üçüncü səlahiyyət müddətinə başlayan Misir Prezidenti Əbdülfəttah əs-Sisi iyunun əvvəlində Mustafa Madbuliyə yeni kabineti formalaşdırmağı tapşırmışdı.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top