MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Qırmızı dəniz

Misir və Səudiyyə Ərəbistanı Qırmızı dəniz üzərində körpü salacaq

Aprelin 8-də Misir və Səudiyyə Ərəbistanı Qırmızı dəniz üzərində körpü tikmək barədə razılığa gəlib.

Economic.az AzərTac-a istinadla xəbər verir ki, bu barədə şəxsən kral Salman ben Əbdül Əziz Əl Səud bildirib. Misir Prezidenti Əbdül Fəttah əs-Sisi də öz növbəsində körpünü Səudiyyə Ərəbistanı monarxının adı ilə adlandırmağı təklif edib və kralı “Nil mirvarisi” ordeni ilə mükafatlandırıb.

Körpünü uzunluğunun 50 kilometr olacağı planlaşdırılır. O, Səudiyyə Ərəbistanının şimalında yerləşən Ras-Həmid şəhərini Şarm-əl-Şeyxlə birləşdirməlidir. Körpünün tikilməsi ideyası təxminən 30 il bundan əvvəl mərhum səudiyyə kralı Fəhd bin Əbdül Əziz Əl Səuda aiddir. Hələ 1995-ci ildə tərəflər onun Aqaba körfəzi üzərində tikilməsinə dair ilkin sazişə imza atmışdılar.

On il əvvəl tikintisi 3 milyard dollar dəyərində qiymətləndirilən körpü Misir və Səudiyyə Ərəbistanı arasında önəmli həcmə malik sərnişin və yük daşımalarını asanlaşdıracaq. Hər il on minlərlə misirli Məkkə və Mədinə şəhərlərinə gedərək həcc mərasimində iştirak edir, milyondan artıq Misir vətəndaşı isə müqavilə əsasında Səudiyyə Krallığında işləyir.

Aprelin 8-də Qahirə və Ər-Riyad ümumilikdə 17 sazış və memorandum, o cümlədən inkişaf və nüvə enerjisindən istifadə sahələrində, dəniz sərhədlərinin delimitasiyası, ikili vergi yığımını aradan qaldırmaq barədə müqavilələr imzalayıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top