MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

kasa

Min sülaləsinə aid kasa rekord qiymətə satıldı — 29.5 milyon dollara

Qədim kasa 29.5 milyon dollara alıcısını tapıb. Kasa Çində Min sülaləsinin hakimiyyət dövründə hazırlanıb.

Bu alqı-satqı Çində Min xanədanı dövrünə aid satılan əşyalar arasında ən bahalılardan biri olub. 23 sm diametri olan kasa ağ çini materialdan hazırlanıb. Kasanın üzəri mavi rəngli balıq və lotos gülləri ilə bəzədilib.

Bu kasa 1963-cü ildə Tokio milli muzeyində, 1966-cı ildə isə Kioto muzeyində nümayiş etdirilib.

Qeyd edək ki, Min sülaləsi dövrünə aid satılan ən bahalı əşya “Xoruzlu kasa” sayılır. Bu kasa 2014-cü ilin aprel ayında 36.5 milyon dollara satılıb.

olke.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top