MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

milyarder

Milyonçular haqqında maraqlı faktlar

Hər il dünyada milyonçu insanların sayı 65 nəfər artır. Milyonçu olmaq üçün yaxşı təhsilə sahib olmaq lazımdır, amma mütləq deyil. Bu gün  sizlərə milyonçular haqqında ən maraqlı məlumat toplusunu diqqətinizə çatdırmaq istəyirik.

Milyarder Pol Qetii İtaliya mafiyası tərəfindən qaçırılan 16 yaşlı nəvəsi üçün tələb olunan 17 milyon dolları ödəməkdən imtina edib. 3 ay sonra nəvəsinin kəsilmiş qulağını poçt zərfində alan milyarder 3 milyon dollar ödəməyə razı olur. Lakin yenə də puluna qıymayıb və oğrulara 2,2 milyon dollar verir. Bundan başqa, oğluna illik 4 fazilə 800 min dollar borc verib.

Keçmiş milyarder Çak Fini (Duty Free-nin yaradıcısı) sərvətinin 99 faizini – 6,3 milyard dolları uşaqların təhsilinə xərcləyib.

Siyahıda ABŞ   Prezidenti Donald Tramp da yer alır. D.Tramp jurnalistə qarşı 5 milyon dollar həcmində iddia qaldırıb. Buna səbəb isə jurnalistin onu milyarder deyil, milyonçu adlandırması olub.

Milyarder şeyx Həmid bin Xəlifə Əl Tani Ərəbistan səhrasındakı qeydiyyatını ləğv etdirərək kosmosda qeydiyyata düşüb.

Kolumbiya narkobaronlarından olan Pablo Eskobar “karyera”sının pik dövründə pullarını bağlamaq üçün hər ay rezin iplərə 2500 dollar xərcləyirmiş. Bu milyarderin pulu hər il 10 faiz azalırdı. Çünki siçovullar pulları yeyirdi.

Harri Potter kitabının müəllifi Coan Roulinq bir müddət Böyük Britaniya kraliçasından da varlı olub. Yeri gəlmişkən, bu qadın yazıçı kimi ilk varlanan şəxsdir. Lakin o, milyarder “statusunu” xərcləyib. Pulunun yarısını xeyriyyə məqsədilə bağışlayıb.

Professor Deyvid Çeriton öz şagirdlərinin ideyasını investisiya (Google) edərək milyarder olub. Dünyada ilk rəsmi milyarder Con Rokfellerin ölümündə sahib olduğu sərvətin həcmi 1,4 milyard dollar 2007-ci ilin dollar ekvivalenti ilə 663,4 milyard dollara bərabər olub.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top