MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

-f01acd85163552455292648578010187884

Milli Məclisdə büdcə müzakirələri aparılır

“Milli Məclisin sədrinin tapşırığı ilə komitədə büdcə müzakirələrinə ilk dəfə parlamentdə təmsil olunan bütün partiyaların nümayəndələri dəvət edilib”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, qısa müddət ərzində Şuşada mədəniyyət abidələrinin bərpası, Füzuli Beynəlxalq Hava Limanının açılışı qurucu niyyətimizin bütün dünyaya göstərilməsi oldu: “Dünya iqtisadiyyatı tənəzzüldən çıxaraq bərpa dövrünə keçid edib. Bununla belə, yeni infeksiya dalğalarının mövcudluğu, peyvəndə əlçatanlığın bərabər olmaması, yüksələn borc və inflyasiya dərəcələri iqtisadi inkişafın qarşısında əsas təhlükə kimi qalmaqdadır. Azərbaycanda peyvənd olunanların sayı dünən 44%-i keçib. Bu ilin 10 ayının göstəricilərinə əsasən, neftin 1 barelinin orta aylıq qiyməti 68 dollar təşkil edib”.
Deputat bildirib ki, komitədə aparılan geniş müzakirələr zamanı 5 sualın cavabını tapmağa çalışıblar: “26,8 milyard manat gəlir və 29 milyarddan çox xərc ilə 2022-ci il dövlət büdcəsinin qarşıda duran hədəflərə nail olmağa qadir olduğunu deyə bilərik. Büdcədə orta aylıq əməkhaqqı, o cümlədən neftin qiyməti ilə bağlı proqnozların real proqnozlar olduğunu düşünürük.

Gələn il əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamını təmin etmək üçün büdcədə nəzərdə tutulan vəsait 1,6 milyon insanı əhatə edəcək. Digər tərəfdən, cari ildə inflyasiyanın sürətlənməsini müşahidə edirik. Bunun qarşısını almaq üçün bu istiqamətdə müəyyən edilən pul-kredit sistemində konturları doğru hesab edirik”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top