MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

qenire

Millət vəkili Qənirə Paşayeva Milli Mətbuat Gününü ilə bağlı xanım jurnalistləri bir araya topladı

Economic-in məlumatına görə, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva, “Regional huquqi və iqtisadi maarifləndirmə”İB-nin sədri Arzu Bağırova və “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdiyeva Milli Mətbuat günü münasibətilə xanım jurnalistləri toplayıb.

Tanınmış jurnalistlərin qatıldığı tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva iştirakçılar Mətbuat Günü münasibəti ilə təbrik edib: “Özümü sizdən ayırmasığım üçün bayramımız mübarək olsun deyirəm. Arzu edirəm ki, jurnalistikamız daha da inkişaf eləsin! Uğurlarınız bol olsun. Siz mətbuatda böyük işlər görən xanımlarımızsınız. Media dördüncü hakimiyyətdir. Dördüncü hakimiyyət hər zaman öz yerində güclü olanda dövlət, cəmiyyət daha da inkişaf edir. Ona görə də hər zaman öz güclü olun. Ən əsası xoşbəxtliyiniz bol olsun! Qadın üçün jurnalist olmaq asan deyil. Peşəkar olmaq, uğurlar qazanmaq, uğurları davam etdirmək asan deyil. Mən sizi çox yaxşı anlayıram. Çünki həyatımın xeyli hissəsi bu sahədə keçib. Bir daha bayramınızı təbrik edirəm”.

Daha sonra çıxış edən “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdiyeva da media nümayəndələrini təbrik edib. Bildirib ki, sağlam baxış sağlam cəmiyyət deməkdir :”Siz jurnalistlər cəmiyyətin görürsünüz. Cəmiyyətdə gedən prosesləri cəmiyyətə çatdırırsınız. Gözlərinizi qorumaq üçün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyi iyulun 20-də saat 9:00-dan 15:00-dək müayinənizi təşkil edəcək. Hamınız dəvətlisiniz”.

Son olaraq çıxış edən “Regional huquqi və iqtisadi maarifləndirmə”İB-nin sədri Arzu Bağırova da jurnalistlərə Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıb, işlərində uğurlar arzu edib.

Çay süfrəsi ilə davam edən tədbirdə dəvət edilən hər jurnalistə dəyərli hədiyyələr bağışlanıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top