MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Aydın Hüseynov

Millət vəkili: Manatın məzənnəsi ilə bağlı narahatçılığa heç bir əsas yoxdur

Azərbaycanın 2019-cu il dövlət büdcəsi praqmatik bir büdcədir və eyni zamanda yeni büdcə qaydalarına əsasən tərtib olunaraq bütün risklərdən qorunur.

Economic.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, neft gəlirlərinin xərclənən hissəsi də yeni büdcə qaydalarına əsasən tənzimlənir: “Bu gün cəmiyyəti ən çox narahat edən məsələlərdən biri olan manatın məzənnnəsinin qorunması üçün də tədbirlər həyata keçirilir. Bu gün manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur. Əsas məqdəsimiz Azərbaycanda qeyri-neft sektorunun inkişafını, qeyri-neft ixracının artırılması stimullaşdırmaqdır. Bu ilin 10 ayında qeyri-neft ixracı 12%, ümumi ixrac isə 37% artıb. İxrac potensialının yüksəlməsi makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir”.

Deputat vurğulayıb ki, bu baxımdan manatın məzənnəsinin enməsi üçün heç bir iqtisadi əsas yoxdur: “Maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı fikri ekspertlər tərəfindən düzgün şəkildə izah olunmur, bu isə cəmiyyətdə çaşqınlıq yaradır, süni maliyyə gərginliyi yaradır. Manatın məzənnəsi ilə bağlı narahatçılığa heç bir əsas yoxdur. Bu gün valyuta ehtiyatlarımız kifayət qədərdir”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top