MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Windows 11 SE

Microsoft təhsil sahəsi üçün nəzərdə tutulmuş Windows 11 SE-ni təqdim edib

Microsoft şirkəti Windows 11-in tələbələr və məktəblilər üçün nəzərdə tutulmuş xüsusi versiyasını təqdim edib. Gözləntilərə əsasən Windows 11 SE adlı xüsusi versiya təhsil sahəsində ChromeOS ilə rəqabət aparacaq. Windows 11 SE özündə Microsoft-un standart ofis tətbiqlərini birləşdirir və ucuz qiymətə satılan noutbuklar üçün nəzərdə tutulub. Sözügedən əməliyyat sistemi təhsil müəssisələri üçün yaradılmış əməliyyat sistemi kimi çıxış edir və o yalnız öncədən noutbuklara quraşdırılmış əməliyyat sistemi formatında yayılacaq.

Android 11 Developer Preview 3 təqdim olundu: Nə kimi yeniliklər var?

    Windows 11 SE-ni adi Windows 11-dən fərqləndirən daha bir özəllik ondan ibarətdir ki, onda tətbiqlər mağazası mövcud deyil. Bununla yanaşı sistem adminləri sözügedən əməliyyat sisteminə kənar resurslardan müəyyən tətbiqləri yükləyə biləcəklər. Artıq məlumdur ki, müəyyən tətbiqlər siyahısına Google Chrome brauzeri və Zoom tətbiqi daxil olacaq. Windows 11 SE Microsoft 365 ofis paketini tamamilə dəstəkləyir.

    Onun Edge brauzeri isə Chrome üçün nəzərdə tutulmuş əlavələr (extensions) ilə çalışa bilir. Qeyd etmək lazımdır ki, Windows 11-in xüsusi versiyası avtomatik olaraq OneDrive-dakı sənədlərin ehtiyat kopyalarını yaradır. Maraqlısı ondadır ki, Windows 11 SE-də vidjetlər deaktiv olunub. Belə ki, tərtibatçıların fikirlərinə əsasən vidjetlər tələbələr ilə məktəblilərə maneə törədirlər. SE versiyada bütün tətbiqlər avtomatik olaraq geniş ekran rejiində işə düşürlər. Windows 11 SE-yə sahib noutbukların satışlarına bu ilin sonunda start veriləcəyi gözlənilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top