MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

microsoft-gelen-il-Internet-explorer-in-desteyini-tamamile-dayandiracaq4726

Microsoft gələn il Internet Explorer-in dəstəyini tamamilə dayandıracaq

Microsoft şirkəti öz rəsmi bloqunda Internet Explorer brauzerinin dəstəyinin nə zaman dayandırılacağını açıqlayıb. Məşhur brauzerin dayandırılacağı tarixdə onun 27 yaşı tamam olacaq. Qeyd etmək lazımdır ki, Internet Explorer-in ilk versiyası 1995-ci ildə təqdim olunmuşdu. Beləliklə şirkət sözügedən brauzerin dəstəyini 15 iyun 2022-ci il tarixində tamamilə dayandıracaq. Bununla belə şirkət onun yüklənməsini qeyri mümkün etməklə yanaşı həmçinin brauzeri Windows 10-nun bəzi versiyalarının tərkiblərindən də çıxardacaq.

    “Windows 10-da Internet Explorer-i Microsoft Edge əvəz edəcək. Internet Explorer 11-in desktop versiyası öz işini dayandırır və 15 iyun 2022-ci il tarixində onun dəstəyi tamamilə dayandırılacaq” – deyə şirkət rəsmisi qeyd edib. Bu məsələdə şirkət biznes sektoru istisna edəcək. Belə ki, əməliyyat sisteminin bəzi korporativ versiyalarında brauzer müəyyən müddət ərzində çalışmağa davam edəcək.

Buna baxmayaraq Microsoft Internet Explorer-dən istifadə edən korporativ müştərilərinə Edge brauzerinin xüsusi versiyasına keçidi təklif edir. Həmin xüsusi versiya Internet Explorer ilə uyğunlaşma özəlliyinə sahibdir və onun dəstəyi 2029-cu ilə kimi davam etdiriləcək. Qeyd etmək lazımdır ki, Internet Explorer-dən imtinanı Microsoft hələ 2015-ci ildə anons etmişdi. Həmin vaxtdan şirkət bu brauzerin funksionallığını tədricən məhdudlaşdırır. Statistikaya əsasən Internet Explorer-in brauzerlər bazarındakı payı 0.71% təşkil edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top