“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 507-ə, marafon üzrə işlə təmin edilənlərin sayı 715-ə çatıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 507-ə, marafon üzrə işlə təmin edilənlərin sayı 715-ə çatıb

ECONOMIC: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edənlər işəgötürənlərin sayı artaraq 507-ə çatıb.  Onların 265-i dövlət, 242-si özəl müəssisələrdir.

Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona işəgötürənlər tərəfindən artıq 2489 vakansiya təqdim edilib.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 715 nəfər (o cümlədən 118 şəhid ailəsi üzvü və 597 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top