Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 443-ə çatdı - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 443-ə çatdı

Təqdim edilən vakansiya sayı isə 2000-i keçdi

“Məşğulluq marafonu”na qoşularaq şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstək göstərən işəgötürənlərin sayı artıq 443-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafonda iştirak edən həmin işəgötürənlərin 226-sı dövlət, 217-si özəl müəssisələrdir.

Onlar tərəfindən marafona 2003 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı da 543-ə çatıb ki, onlardan 439-u qazi, 104-ü şəhid ailəsi üzvləridir. Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top