MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

IMF

Mərkəzi bankların valyuta ehtiyatları azalır

Dünya mərkəzi banklarının (MB) məcmu valyuta ehtiyatları 2016-cı ilin son rübündə 266 mlrd. ABŞ dolları və ya 2,4% azalaraq 11,059 trln. dollardan 10,793 trln. dollara düşüb. Economic.az, Report-a istinadən  xəbər verir ki, bu barədə Beynəlxalq Vayuta Fondunun (IMF) rüblük hesabatında (Currency Composition of Official Foreign Exchange Reserves, COFER) məlumat verilib.

Xatırladaq ki, bu hesabatda Çin valyutası – yuanda olan valyuta ehtiyatları ilk dəfə təqdim olunub. Belə ki, yuan 2016-cı ildə beynəlxalq valyuta ehtiyatlarında istifadə olunan 8-ci valyuta olmaq haqqı qazanıb.

Hesabatda həmçinin qeyd olunub ki, rüb ərzində MB ehtiyatlarının tərkibində ABŞ dolları 113 mlrd. və ya 2,24% artaraq 5,05 trln. dollara, avro – 19 mlrd. və ya 1,22% azalaraq 1,56 mlrd. dollara, yen – 14 mlrd. və ya 5,12% azalaraq 333 mlrd. dollara enib. Yuan ehtiyatları isə 84,5 mlrd. dollar təşkil edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top